/
Bakı Biznes Universitetində əmək yarmarkası keçirilib
28 iyun 2024-cü il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Bakı Biznes Universitetində əmək yarmarkası təşkil edilib.

Tədbirdə çıxış edən Bakı Regional Məşğulluq filialının rəhbəri Müseyib Əliyev və BBU-nun rektoru İbad Abbasov universitetlərdə əmək bazarının tələblərinə uyğun kadr hazırlanması istiqamətində görülən işlərdən danışıblar, bu tip tədbirlərin məzun və tələbələrin əmək bazarına daxil olması və öz karyeralarını qurması yönündə əhəmiyyətli rol oynadığını vurğulayıblar.
Yarmarkada işəgötürənlər sırasında yer alan “West Product Marketing” MMC nümayəndələri tələbə və məzunların suallarını cavablandırıb, onların müraciət anketlərini qəbul ediblər.
Dİgər Xəbərlər