“Odel”in maskotu Adil kimdir?
“West Product Marketing” şirkətinin yeni istehsal layihəsi – “Odel” şirniyyat fabriki beş çeşiddə yeni məhsulunu təqdim edib. Fabrikin direktoru Sənan Bayramzadə yeni məhsullar haqqında məlumat verib. O bildirib ki, “Romashka”, “Romashka şəkərli”, “Moskva”, “Jubileinoe” və “Sport” peçenyeləri minlərlə respondent arasında keçirilən sorğuların nəticələrinə əsasən yenilənmiş tərkiblə istehsal olunub və onların təkmilləşdirilməsi davam etdiriləcək. “West Product Marketing” şirkətinin Marketinq Departamentinin rəhbəri Jalə Əlizadə yeni markanın yaradılması və reklam strategiyasının necə qurulması barədə danışıb. Brend menecer Sevinc Alxaslı və marketinq mütəxəssisi Aytən İsmayılova isə “Odel” markasının geniş tanıtımını keçirdilər və məhsulların istehsal prosesini göstərən videoçarxı nümayiş etdirdilər.
Tədbirin maraqlı məqamlarından biri Adilin – “Odel” markasının maskotunun ictimaiyyətə təqdim edilməsi oldu. Avropada kulinariya təhsili alıb vətənə dönmüş Adilin həyat hekayəsi haqqında yaxın günlərdə sosial media platformalarında məlumat veriləcək. Qeyd edək ki, “Odel”in sloqanı “Dad səyahətində”dir. Adil markanın reklam kampaniyası boyu hər kəsi onunla birlikdə dad səyahətinə dəvət edəcək.