“WEST PRODUCT MARKETING” MMC 2003-cü ildə satış və distributor şirkəti olaraq fəaliyyətə başlamışdır. Elə ilk dövrlərdə Yeni Zelandiyadan idxal etdiyi “Westgold” kərə yağı markası ilə bazar liderinə çevrilməyi bacardı. Şirkət hazırda Yeni Zelandiyadan əlavə Almaniya, Fransa, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrdən də məhsulların idxal və satışını həyata keçirir. Westgold, Gerda, French Сow, Golden Crown, Korovushka markaları ilə kərə yağı bazarında liderlik etməsinə baxmayaq hazırda 40-dan çox fərqli məhsulların da distributoru kimi 10.000-dən çox ticarət nöqtəsinə paylanmasını təmin edir. Şirkətin tərkibində 600-dən çox əməkdaş çalışır.
Qeyd etmək istəyirik ki, şirkət yalnız distributor mərkəzi olaraq fəaliyyət göstərmir, həm də məhsulları birbaşa müştərilərin ünvanına çatdırır. Çatdırılma zamanı kənd və qəsəbələrin ən ucqar nöqtələri də hesaba alınmışdır. Strateji cəhətdən əlverişli bölgələrdə yerləşən distributor mərkəzləri məhsulların nəzərdə tutulan bazarlara tez və səmərəli şəkildə çatmasını təmin edir. Gəncə, Şəki, Lənkəran və Qubada fəaliyyət göstərən filialları buna nümunə göstərə bilərik. Son illərdə şirkət istehsal və pərakəndə sahəsinə keçid edərək, fəaliyyət sahəsini daha da genişləndirmişdir.
2015-ci ildən etibarən Kingsmart supermarketlər şəbəkəsi ilk filialı ilə müştərilərin xidmətinə verilmişdir. Hazırda Lökbatan qəsəbəsində 2 filial olaraq fəaliyyət göstərsə də, növbəti illərdə filial sayının 5-ə çatdırılması planlanılıb. 2020-ci ildə isə istehsal sahəsi üzrə ODEL şirniyyat fabriki fəaliyyətə başlamışdır. Hazırda fabrikin daxilində ODEL markası adı altında müxtəlif çeşidlərdə şirniyyatlar istehsal edilir.
Missiyamız – biz istehlakçıların tələblərini əvvəlcə araşdırır, anlayır və bu tələblərə uyğun onları keyfiyyətli, sağlam, təhlükəsiz məhsullarla təmin edirik.
Vizyonumuz – istehlakçıların keyfiyyətli məhsul dedikdə rahatlıqla etibar etdiyi lider şirkət olmaqdır.
Etibarlılıq – müştərilərimiz, tərəfdaşlarımız və əməkdaşlarımız ilə münasibətlərimizin əsasını etibarlılıq prinsipi təşkil edir. Yarandığımız gündən etibarən bu prinsipi əsas götürüb çalışaraq bu etibarlılığı əldə etmişik. Bütün fəaliyyətimiz boyunca buna sadiq qalmağa davam edəcəyik.
Müştəri məmnuniyyəti – ən vacib öhdəliyimiz müştərilərimizə qarşıdır. Bu səbəbdən biz bütün məhsullarımızda ən yüksək keyfiyyət standartlarını qoruyur, bunun cavabdehliyini daşıyırıq.
Davamlı inkişaf və innovativlik – texnologiyalardakı son yenilikləri izləyir və işləmə proseslərimizi daima təkmilləşdirməyə davam edirik.
Əməkdaşlıq – uğurumuz peşəkar və istedadlı komandamızın ümumi gücünə əsaslanır. Əməkdaşlarımızla münasibətlərimizi birlik, bərabərlik kimi dəyərlər üzərində qurmuşuq.
Məsuliyyət – yaşadığımız cəmiyyətə və ətraf mühitə qarşı məsuliyyətimiz olduğunu dərk edirik. Sosial layihələr və əməkdaşlıq etdiyimiz təşkilatlar vasitəsilə cəmiyyətə qayğı göstəririk.