“Kingsmart” supermarketlər şəbəkəsinin yeni filialı açıldı
Sürətlə böyüyən supermarketlər şəbəkəsi “Kingsmart”ın yeni filialı istifadəyə verilib.
15 mart tarixində saat 12:00-da baş tutan açılış mərasimi ilə “Kingsmart” supermarketlər şəbəkəsinin üçüncü nəhəng filialı müştərilərin ixtiyarına verilib. Yeni mağaza Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşir və geniş ticarət sahəsinə malikdir.
Yeni filial müştərilərə geniş çeşiddə keyfiyyətli məhsullar və yüksək xidmət təqdim etməklə yanaşı, alış-verişi daha rahat və əlçatan edəcək. “Kingsmart” supermarketlər şəbəkəsi müştəri məmnuniyyətini ön planda saxlayaraq hər zaman sərfəli qiymətlər və keyfiyyətli məhsullar təqdim etməyi əsas məqsəd kimi qarşısına qoyub.
Yeni filialın açılışı münasibətilə xüsusi endirim kampaniyaları və hədiyyələr də təşkil olunub. Açılış günündə mağazaya baş çəkən müştərilər, həm sərfəli alış-veriş etmək, həm də xoş atmosferdən zövq almaq imkanı qazanıblar.