Avropa təamları festivalı
"Ashrafi" markası Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təşkil etdiyi "Taste of Europe" kulinariya festivalında iştirak edib. Bolqarıstan, Çexiya, Fransa, Macarıstan, İtaliya, Polşa, Rumıniya və digər ölkə səfirliklərinin öz milli mətbəxini təqdim etdiyi festivalda “Ashrafi” üç növ Azərbaycan plovu hazırlayıb – boranıplov, səbziplov və aşqaralı plov.
Ziyarətçilərin “Ashrafi” stendindən məmnun ayrıldığı tamamilə boşalmış qazanlarımızdan bəlli olur. “Ashrafi” basmati düyüsü Azərbaycanın zəngin plov ənənəsinin yaşadılmasında göstərdiyi səylərini hər gün daha da artırır.