İşaxtaranlar üçün Əmək Yarmarkası keçirilib
Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq Filialı və Xətai Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə İBİŞ oteldə əmək yarmarkası təşkil olunmuşdur. 30 müəssisənin qatıldığı tədbirdə VPM də iştirak edərək işsiz və işaxtaran şəxslərlə görüşlər keçirmiş və mövcud vakansiyalar barədə məlumat vermişdir.