"West Product Marketing" MMC-nin rəhbərlik təmsilçiləri Azərbaycan və Türkiyə iş adamlarının görüşündə
11 iyul 2024-cü il tarixində "West Product Marketing" MMC-nin rəhbər nümayəndələri – satış rəhbəri Emin Abbasov, satınalma rəhbəri Emin Bayramov, “Odel” fabrikinin rəhbəri Sənan Bayramzadə Bakıda təşkil edilmiş “Azərbaycan – Türkiyə iş adamlarının ikitərəfli görüşləri” adlı tədbirdə iştirak ediblər. Tədbirdə hər iki ölkənin idxal və distribütor şirkətlərinin tanışlıq görüşləri keçirilib, əməkdaşlıq perspektivləri müzakirə olunub.