Bakı Slavyan Universitetində əmək yarmarkası təşkil edilib
30 may 2024-cü il tarixində Dövlət Məşğulluq Agentliyi tərəfindən Bakı Slavyan Universitetində əmək yarmarkası təşkil edilib.
Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədr müavini Ülvi Abasquliyev çıxış edərək, universitetlərin əmək bazarına ixtisaslı kadrlar verməsinin əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, bu cür əmək yarmarkaları gənclərin öz karyeralarını düzgün istiqamətdə qurmasına birbaşa kömək edir.
Yarmarkada işəgötürənlər arasında olan “West Product Marketing” MMC-nin nümayəndələri tələbə və məzunlara şirkət haqqında məlumat verib və onların müraciət anketlərini qəbul ediblər.