“West Product Marketing” kulinariya tədbirində iştirak etdi
10 mart tarixində "Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası" İctimai Birliyinin Ümumi Yığıncağı keçirilib.
"West Product Marketing" - Ashrafi, Sun Palermo və Odel brendləri ilə tədbirdə iştirak edib. Təxminən 200 nəfər iştirakçının olduğu yığıncaqda 100-dən çox aşpaz da yer alıb.
Aşpazlar müxtəlif yeməklər hazırlayaraq tədbir iştirakçılarından rəy alıblar. Bu ləzzətli təamların hazırlanmasında "Sun Palermo" duru yağları və "Ashrafi" düyüsündən istifadə olunub. Bundan əlavə, tədbir müddətində qonaqlara "Odel" peçenyeləri də təqdim edilib.