“West Product Marketing” MMC “InterFood Azerbaijan 2025” sərgisində iştirak etdi
Azərbaycanın distribüsiya və satış şirkətlərindən biri olan “West Product Marketing” MMC 13–16 may tarixlərində Bakı Ekspo Mərkəzində keçirilmiş “InterFood Azerbaijan 2025” 30-cu Beynəlxalq Qida Sərgisində uğurla iştirak edib.
Sərgidə “West Product Marketing” MMC-nin geniş məhsul portfeli ziyarətçilərə təqdim olunub. Şirkətin təqdim etdiyi markalar arasında “Westgold”, “ODEL”, “TADİ”, “Ashrafi”, “Öncü”, “Arbella”, “Golden Crown”, “Korovushka”, “French Cow”, “Gerda” və “Sun Palermo” kimi tanınmış brendlər yer alıb.
Qeyd edək ki, sərgi çərçivəsində Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının təşkilatçılığı ilə qastronomiya üzrə keçirilən “Qızıl şah” Milli Kulinariya Çempionatına “Ashrafi” brendi baş sponsorluq edib. Eyni zamanda, aşpazlar tərəfindən hazırlanan bütün yeməklərdə “Sun Palermo”, “Korovushka”, “Hermano” məhsulları və “Öncü” tomat pastasından istifadə olunub. Bu interaktiv təqdimatlar məhsulların keyfiyyəti və istifadəyə uyğunluğunu əyani şəkildə nümayiş etdirmək baxımından böyük maraq doğurub.
Stend ziyarətçiləri yerli və xarici tərəfdaşlar məhsulların mənşəyi, tərkibi və üstünlükləri haqqında ətraflı məlumat əldə ediblər. Bununla yanaşı, şirkət nümayəndələri potensial əməkdaşlıq imkanlarını müzakirə etmək məqsədilə bir sıra B2B görüşlər həyata keçiriblər.
Qida sənayesində 20 ildən artıq təcrübəyə malik olan “West Product Marketing” MMC üçün “InterFood Azerbaijan 2025” sərgisi həm şirkətin tanıdılması, həm də yeni bazarlara çıxış potensialının artırılması baxımından mühüm platforma olub.