“Ashrafi” ilə Düyü Festivalı
“Azeri Home Chief” təşkilatı və “Ashrafi” düyülərinin sponsorluğu ilə ölkədə ilk dəfə olaraq “Rice Fest 2021” (Düyü Festivalı 2021) keçirilmişdir. Tədbirdə Braziliya, İtaliya, Ukrayna, Çin və Özbəkistan səfirlikləri də iştirak edib.
Yerli və xarici aşpazların hazırladıqları yeməklər böyük maraqla qarşılanıb. Festival çərçivəsində aşpazlar arasında yarışma keçirilərək ən yaxşı yemək hazırlayan qaliblərə mükafatlar təqdim edilib.