Merçendayzinq təlimi
"West Product Marketing" MMC-nin Bakı, Şəki və Gəncə filialları üzrə merçendayzer əməkdaşları üçün “Merçendayzinq təlimi” keçirilib. Təlimin əsas məqsədi əməkdaşların bu sahə üzrə biliklərini artırmaq, komanda ruhunu yüksəltməkdir.
Təlim çərçivəsində mövzu ilə bağlı müxtəlif nəzəri və praktiki məlumatlar paylaşılıb. Daha sonra iştirakçılar arasında müxtəlif əyləncəli oyunlar təşkil olunub.