/
“Marketinq” üzrə təcrübə proqramı
“West Product Marketing” şirkətində keçirilən “Marketinq” üzrə təcrübə proqramı uğurla başa çatıb. Təcrübə proqramında “UNEC – Türk Dünyası İqtisad Fakültəsi”dən iki tələbə iştirak edib. Marketinq sahəsi ilə bağlı keçirilən proqram çərçivəsində tələbələr ümumi marketinq ilə tanış olub, müxtəlif biliklər əldə edib və praktiki vərdişlərə yiyələniblər. 
Təcrübə proqramının keçirilməsində əsas məqsəd gənclərin yay tətilini səmərəli keçirilməsinə, gələcək karyeralarına töhfə verilməsinə nail olmaqdır. Təcrübə proqramını uğurla bitirən tələbələr sonda sertifikatla təltif olunublar.
Dİgər Xəbərlər