/
“West Product Marketing” əmək yarmarkasında iştirak edib
2024-cü il iyulun 18-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən “Ibis” hotelində əmək yarmarkası təşkil edilib.

Bakı Regional Məşğulluq Filialının rəhbəri Müseyib Əliyev İctimai Televiziya və ARB telekanalına müsahibəsində bu cür tədbirlərin vacibliyini vurğulayıb.
Yarmarkada iştirak edən 30 işəgötürən şirkət arasında “West Product Marketing” MMC də vardı. Şirkət nümayəndələri işsiz və işaxtaranlarla görüşüb, onlara şirkət haqqında məlumat verib və iş üçün müraciət anketlərini qəbul ediblər.
Dİgər Xəbərlər