"West Product Marketing" MMC Karyera Sərgisində iştirak edib
Dekabrın 5-də Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Könüllü Təşkilatlarının birgə təşkilatçılığı ilə "Azərbaycan Könüllülük Həftəsi 2024" layihəsi çərçivəsində Karyera Sərgisi keçirilib.
Sərgidə iştirak edən onlarla şirkət arasında “West Product Marketing” MMC də vardı. Öz komandasına daim peşəkar əməkdaşlar cəlb edən şirkət bu dəfə də işaxtaranlara fəaliyyəti haqda məlumat verib, onların iş müraciətlərini qəbul edib.