/
“West Product Marketing” MMC təltif edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Dövlət Məşğulluq Agentliyi biznes müəssisələri ilə görüş keçirib. 2024-cü ilin yekunlarına həsr olunmuş hesabat yığıncağında 40-a yaxın müəssisənin nümayəndəsi iştirak edib. Görüşün sonunda agentlik ötən il birgə işlədiyi, layihələrinə dəstək verən müəssisələri təltif edib. 2024-cü ildə təşkil edilən iş yarmarkalarında yüzlərlə işsiz və işaxtaranın müraciətini qəbul etməsi, agentlik tərəfindən yönləndirilən namizədlərin işə qəbul olunmasında dəstəyi və sosial yardımlarda göstərdiyi aktivliyə görə "West Product Marketing" MMC-yə “Təşəkkürnamə” təqdim olunub.
Qeyd edək ki, görüşün çay fasiləsini “Odel” şirniyyat fabriki təşkil edib. Fasilədə tədbir iştirakçılarına müəssisənin istehsal etdiyi şirniyyat çeşidləri və çay təqdim olunub. Tədbir təşkilatçıları yüksəksəviyyəli təqdimata görə “Odel” MMC-yə təşəkkür edib, bu əməkdaşlıqdan məmnun olduqlarını bildiriblər.
Dİgər Xəbərlər