Dövlət Məşğulluq Agentliyi əmək yarmarkası keçirib
5 sentyabr 2024-cü il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən “Nizami” kino mərkəzində əmək yarmarkası təşkil edilib. Yarmarkada iştirak edən işəgötürən müəssisələr arasında “West Product Marketing” MMC də vardı.
Şirkətin İnsan Resursları Departamentinin nümayəndələri işsiz və işaxtaranlarla görüşüb, onların müraciət anketlərini qəbul edib. Dövlət Məşğulluq Agentliyi işaxtaranlarla işəgötürənlərin görüşdüyü faydalı platforma olan əmək yarmarkalarının təşkilini davam etdirəcək.