/
WPM və BBU arasında memorandum imzalanıb
“West Product Marketing” MMC-nin nümayəndə heyəti Bakı Biznes Universitetini ziyarət ediblər. Universitetlə yaxından tanış olduqdan sonra dəyirmi masa ətrafında əməkdaşlıq perspektivləri müzakirə olunub, tərəflərin təklifləri əsasında əsas fəaliyyət istiqamətləri müəyyənləşdirilib. Şirkət tərəfindən marketinq və iqtisadiyyatın müxtəlif sahələrini seçmiş BBU tələbələrinin və məzunların WPM-də iş təcrübəsi keçmək və şirkətin əməkdaşları sırasına qatılmaq üçün hansı şərtlərə cavab verməli olduqları diqqətə çatdırılıb. WPM nümayəndələri bildiriblər ki, distribusiya sahəsində böyük təcrübəyə və geniş satış şəbəkəsinə malik şirkət gənclərə həmişə dəstək olub və bundan sonra da onların iş təcrübəsi qazanmasına şərait yaradacaq.
BBU nümayəndələri isə vurğulayıblar ki, təhsil ocağının maddi-texniki bazası yüksəksəviyyəli mütəxəssislər yetişdirməyə imkan verir. Gənc mütəxəssislərin püxtələşməsi üçün təcrübə sahəsinə ehtiyac var. Böyük şirkətlərin öz qapılarını gənclərin üzünə açması onları daha çox öyrənməyə, uğur qazanmağa həvəsləndirir.

Görüşün sonunda iki qurum arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədi WPM adından İnsan Resursları Departamentinin rəhbəri Elçin Əkbərov və BBU-nun beynəlxalq əlaqələr üzrə prorektor Eşqin Bayramov imzalayıb.
Dİgər Xəbərlər