“West Product Marketing” əmək yarmarkasında iştirak edib
6 avqust 2024-cü il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən “Hyatt Regency” hotelində əmək yarmarkası təşkil edilib. Yarmarkada iştirak edən 35 işəgötürən müəssisə arasında “West Product Marketing” MMC də vardı. Şirkət işsiz və işaxtaranlarla görüşüb, onların müraciət anketlərini qəbul edib.
Tədbirdə çıxış edən Bakı Regional Məşğulluq Filialının rəhbəri Müseyib Əliyev əmək yarmarkalarında və digər layihələrdə göstərdiyi dəstəyə görə WPM-ə xüsusi təşəkkürünü bildirib və bu işbirliyinin davamlı olmasını arzulayıb.