29 müəssisənin iştirakı ilə əmək yarmarkası keçirilib
Dövlət Məşğulluq Agentliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində əmək yarmarkası keçirilmişdir. Yarmarkada 29 müəssisə iştirak etmiş və işaxtaranlara mövcud vakansiyalar təqdim olunmuşdur. VPM də yarmarkada iştirak edərək işaxtaranları qəbul etmişdir.