WPM-in 2024-cü ildə fərqlənən əməkdaşları mükafatlandırılıb
“West Product Marketing” şirkəti daha bir uğurlu ili geridə qoydu. İdxal və distribusiya sahəsində liderlərdən olan şirkət ötən il yeni istehsal layihəsini də işləyib hazırladı. “Odel” şirniyyat fabriki artıq bir neçə çeşiddə məhsulla market rəflərində rəqabətədavamlı mövqe nümayiş etdirir.
Hesabat xarakterli tədbirdə çıxış edən şirkətin direktoru Nurəddin Tağıyev bildirib ki, keçən il “West Product Marketing” qarşısına qoyduğu əksər hədəflərinə çatıb və artıq yeni il üçün departamentlərin fəaliyyət proqramı hazırdır. O, şirkətin inkişaf proqramında keyfiyyətin, yüksəksəviyyəli xidmətin ön planda olduğunu vurğulayıb.
Tədbirdə “Kingsmart” supermarket şəbəkəsi və “Odel” şirniyyat fabrikinin əldə etdiyi uğurlar da qeyd olunub. Şirkətlərin müəyyən olunmuş satış hədəflərinə çatmaqla yanaşı, yeni satış və istehsal strategiyası hazırladıqları vurğulanıb.
Tədbirin davamında şirkətin fəal əməkdaşlarına sertifikatlar və xüsusi hədiyyələr təqdim olunub. Qeyri-rəsmi hissədə isə maraqlı oyunlar oynanılıb, çoxsaylı qaliblər mükafatlandırılıb. Eyni zamanda, şirkət əməkdaşları məşhur müğənnilər və musiqi qrupları birlikdə əyləniblər.